405
Üzbəüz 26 fevral — 16:53

Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların müddətini uzadıb.

Bu barədə Ağ Ev rəsmi məlumat yayıb. “Rusiyanın siyasəti və fəaliyyətləri ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə təhdid yaratmaqda davam edir”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, 2014-cü ilin martında Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlamışdı.

Xəbərlər