1097
Üzbəüz 24 fevral — 01:48

“Fənərbağça”nın prezidenti azarkeşlərin üstünə yeridi, baş məşqçi istefa verməyibmiş...

“Fənərbağça”nın baş məşqçisi Ərsun Yanal istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mütəxəssis Super Liqanın XXIII turunda “Qalatasaray”a 1:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Ə.Yanal “Fənərbağça”dan ayrılmaq niyyətində olmadığını bildirərək, sona qədər mübarizə davam etdirəcəyini deyib.

O da məlum olub ki, oyundan sonra “Fənərbağça”nın prezidenti Ali Koçla azarkeşlər arasında əlbəyaxa dava düşüb.

Belə ki, klub prezidenti tribunalardan ona yağdırılan ağır təhqirlərə dözməyib və maneəni keçərək, azarkeşlərin üzərinə atılıb...

**00:26

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Ersun Yanal istefa verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, istefa qərarına səbəb kimi klubun öz meydanında əzəli rəqibi "Qalatasaray"a məğlub olması göstərilir.

Qeyd edək ki, “Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbağça”nı 3:1 hesabı ilə məğlub edib. Görüşdən sonra yerli azarkeşlər klub rəhbərliyinin ünvanına istefa şüarları səsləndiriblər.

Xəbərlər