456
Üzbəüz 23 fevral — 21:04

Tramp “Taliban”la sülh sazişini şəxsən imzalamaq istəyir

ABŞ Prezidenti Donald Tramp Əfqanıstanda sülhün təmin edilməsi üçün “Taliban” Hərəkatı ilə sülh sazişini şəxsən imzalamaq niyyətində olduğunu bildirib.

Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ Prezidenti bunu Hindistana səfərdən öncə jurnalistlərə verdiyi açıqlamasında bəyan edib.

“Münasib imkan olsa, Siz “Taliban”la barışıq sazişi imzalamağa hazırsınızmı” sualına cavabında Tramp bildirib ki, “Taliban” artıq döyüşməkdən yorulub.

ABŞ Prezidenti onu da əlavə edib ki, onun fkrincə, Əfqanıstan xalqı da ölkədə sülhü təmin edəcək sazişin imzalanmasını istəyir.

Xəbərlər