794
Üzbəüz 23 fevral — 01:41

Serbiya Rusiyadan "Pantsir" aldı

Serbiyanın Rusiyadan aldığı "Pantsir-S1" hava hücumundan müdafiə kompleksi bu ölkəyə gətirilib.

Bu barədə məlumatı Serbiya Müdafiə naziri Aleksandr Vulin deyib. O bildirib ki, tədarük edilən müdafiə komplekslərinin ilk partiyası Serbiyadakı Bataynitsa hərbi hava limanına çatdırılıb.

Nazir rus istehsalı "Pantsir-S1" sistemlərinin bölgədə olan bu tip silahlar arasında yeganə olduğunu qeyd edərək, onun Serbiyanın təhlükəsizliyini artıracağını bildirib.

Xəbərlər