713
Üzbəüz 20 fevral — 00:40

ABŞ Türkiyənin Suriyadakı hərəkətlərini dəstəklədi

Vaşinqton Suriyanın şimal-qərbində vəziyyətin gərginləşməsində yenidən Moskva ilə Dəməşqi günahlandırıb və Ankaranın hərəkətlərini dəstəklədiyini bildirib.

Virtualaz.org-un RİA Novosti-yə istinadən məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın bu qurumdakl daimi nümayəndəsi Kelli Kraft bəyan edib.

K.Kraft Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətlə bağlı iclasında deyib: "Biz Moskvada Rusiya nümayəndələrinin Suriyanın şimal-qərbindəki şiddətin artmasında Türkiyəni ittiham edən açıqlamalarını rədd edirik. Heç bir şübhə yoxdur ki, bu hərbi kampaniyanın təşkili və aparılması üçün Türkiyə yox, Əsəd rejimi və Rusiya məsuliyyət daşıyırlar".

Onun sözlərinə görə, "ABŞ İdlibdəki eskalasiya zonasını bərpa etmək üçün Türkiyə ilə diplomatik səviyyədə koordinasiyanı davam etdirəcək və Əsəd qüvvələrinin 2018-ci ildəki atəşkəs xəttinə çəkilməsinə nail olmağa çalışacaq".

"Biz NATO müttəfiqimiz olan Türkiyənin qanuni maraqlarını dəstəkləyirik",-deyə ABŞ nümayəndəsi əlavə edib.

Virtualaz.org

Xəbərlər