1082
Üzbəüz 19 fevral — 00:31

Türkiyə və Rusiya İdliblə bağlı razılığa gəlib

Rusiyanın paytaxtı Moskvada Rusiya və Türkiyə nümayəndə heyətlərinin görüşü zamanı İdlib zonasında gərginliyin azaldılması ilə bağlı əldə edilən razılaşmaya hər iki tərəfin sadiq qaldığı müəyyən edildi.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

“Tərəflər İdlibdə uzun vədəli təhlükəsizliyin təmin edilməsinin sadəcə Suriyanın suverenliyi əsasında mümkün olduğunu qeyd etdi”, - bildirilib.

Xəbərlər