519
Üzbəüz 18 fevral — 19:32

Xəzərdə antiterror təlimləri keçiriləcək

Bu il Xəzərdə MDB ölkələri tərəfindən “Xəzər-Antiterror” adlı təlimlər keçiriləcək.

İnterfax.az bildirir ki, bu barədə Birliyin Antiterror Mərkəzinin mətbuat bürosu məlumat yayıb.

Məlumata görə, təlimlərdə Xəzər regionunun təhlükəsizliyi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Məlumatda, həmçinin bildirilir ki, MDB ölkələri antiterror qurumları rəhbərlərinin Moskva şəhərində təşkil olunan sayca 13-cü müşavirəsində üzv ölkələrin xüsusi xidmət nümayəndələrinin işçi görüşü də keçirilib. “Xəzər Antiterror 2020” müştərək təlimlərə hazırlıq məsələləri həmin görüşdə də müzakirə olunub.

Hazırda sözügedən təlimin ssenarisi və iştirakçıları müəyyənləşdirilir.

Xəbərlər