721
Üzbəüz 16 fevral — 22:54

Türk ordusunun PKK-ya zərbəsi

Türkiyə ordusunun İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatı nəticəsində PKK terror təşkilatının 8 üzvü məhv edilib.

Virtualaz.org türk KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın Hakurk bölgəsində hücum hazırlığında olan və aralarında “Harun” kod adlı şəxsin də olduğu 8 terrorçu hava zərbələri nəticəsində məhv edilib”, - məlumatda qeyd olunub.

Xəbərlər