429
Üzbəüz 13 fevral — 19:40

Azərbaycanın Müdafiə naziri NATO-nun toplantısında

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.

Xəbərlər