656
Üzbəüz 29 yanvar — 22:32

Məmmədyarov və Mnatsakanyanın görüşü 7 saat davam edib

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, görüş 7 saat davam edib.

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.

Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər. Sabah danışıqların növbəti raundu keçiriləcək", XİN rəsmisi bildirib.

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə ediblər.

*   *   *14:30

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş başlayıb.

Virtualaz.org bildirir ki, görüş İsveçrənin Cenevrə şəhərində keçirilir.

Nazirlərin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə keçirilir.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edəcəklər.

Xəbərlər