526
Üzbəüz 29 yanvar — 13:03

“Air Astana” şirkətinin “Embraer” təyyarəsi Bakıya uçurdu, çatmağa az qalmış havada geri qayıtdı

Qazaxıstanın “Air Astana” hava yolları şirkətinə aid “Embraer E190-E2” sərnişin təyyarəsi Nur-Sultan aeroportundan Bakıya uçmaq üçün havaya qalxıb, lakin bir müddət sonra geri dönüb.

Virtualaz.org xəbər verir ki, bu haqda şirkətdən yayılan açıqlamada deyilir. “Nur-Sultan-Bakı marşrutu ilə KS 113 reysi ilə uçan təyyarə yanvarın 24-də havada geri dönüb və qalxdığı aeroporta eniş edib. Səbəb təyyarənin buzlamaya qarşı sistemində yaranmış nasazlıq və Bakıda bu nasazlığı aradan qaldırmaq üçün texniki imkanın olmamasıdır”,-açıqlamada deyilir.

Bildirilir ki, təyyarənin geri dönməsi “ştat rejimində” baş verib, reysin baş tutmaması “koronovirusla bağlı olmayıb”.

Bundan əvvəl KazTAG agentliyi bildirmişdi ki, “Air Astana” şirkətinin “Embraer” təyyarəsi Nur-Sultandan Bakıya uçub, lakin Azərbaycan paytaxtına çatmağa lap az qalmış havada geri dönüb və Qazaxıstana qayıdıb.

Virtualaz.org

Xəbərlər