276
Üzbəüz 27 yanvar — 20:09

Milli Məclisə seçkiləri 409 beynəlxalq müşahidəçi izləyəcək

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

Virtualaz.org-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib ki, ümumilikdə, 54 min 292 yerli müşahidəçi qeydiyyatdan keçib.

MSK sədri əlavə edib ki, onlardan 1434-ü Mərkəzi Seçki Komissiyasında, 52 min 858-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

M.Pənahov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Xəbərlər