553
Üzbəüz 27 yanvar — 17:51

İqbal Ağazadə ilə Rauf Arifoğlunun rəqib olduğu seçki dairəsinə yeni sədr təyin edildi

Xətai rayonu 35 saylı üçüncü Dairə Seçki Komissiyasının sədri İmran Hüseynəliyev həlledici səs hüququ vəzifəsindən azad edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib. Onun yerinə isə Qaratov Qarat Şahnəzar oğlu təyin edilib. İ.Hüseynəliyevin öz xahişi ilə vəzifəsindən azad edildiyi bildirilir.

Qeyd edək ki, 35 saylı dairədə seçki prosesi gərgin keçir. Bu dairədən əsas namizədlər ÜMİD Partiyasının sədri İqbal Ağazadə və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludur. Maraqlıdır ki, bu gərginliyin fonunda DSK sədri istefa verib.

Virtualaz.org

Xəbərlər