374
Üzbəüz 27 yanvar — 01:27

Tramp bu gün İsrailin Baş naziri və onun rəqibi ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp 27 yanvarda İsrailin Baş naziri, hakim Likud Partiyasının sədri Binyamin Netanyahu və onun rəqibi, Kahol-Lavan müxalifət blokunun rəhbəri Beni Qansla görüşəcək.

Bu barədə “Reuters” məlumat yayıb.

Bundan əvvəl Ağ Ev görüşlərin yanvarın 28-də keçiriləcəyini bildirmişdi.

Trampın Netanyahu və Qansla əsrin sazişi adlandırılan - ABŞ-ın Fələstin-İsrail münaqişəsini həll etmək planının detallarını müzakirə edəcəyi gözlənilir.

Əvvəlcə Amerika Prezidenti Baş naziri, sonra isə müxalifət liderini qəbul edəcək. Agentliyin məlumatına görə, prezident planın təfərrüatlarını onlarla bölüşəcək.

“Report” xatırladır ki, Donald Tramp barışıq planını bu yazda elan etməyi planlaşdırır.

Xəbərlər