338
Üzbəüz 25 yanvar — 22:52

Putin də Ərdoğana başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin Elazığ şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bağsağlığı verib.

Virtualaz.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya xalqı zəlzələdə ailələrini və yaxınlarını itirənlərin acısını və kədərini bölüşür, xəsarət alanların hamısının tezliklə sağalacağına ümid edir”, - Vladimir Putin teleqramında qeyd edib.

Ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Xəbərlər