997
Üzbəüz 25 yanvar — 09:41

Kandilli Rəsədxanası: “40 kilometrlik fay xətti qırıldı, təkanlar bir həftə davam edə bilər”

Türkiyənin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutunun direktoru, professor Haluk Özener ötən gecə Elazığ bölgəsində baş vermiş zəlzələ zamanı 40 kilometrlik fay xəttinin qırıldığını, yeraltı təkanların bir həftə davam edəcəyini açıqlayıb.

Özener həmkin bölgədə bir müddətdir seysmik aktivliyin davam etdiyini , baş vermiş zəlzələnin gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, bölgə Şərqi Anadolu fay xətti üzərində yerləşir və həmin bölgədə zəlzələlərin baş verməsi qaçılmazdır.

Professor Özener qeyd edib ki, indiki zəlzələnin episentrindən bir qədər cənub-qərbdə 1893-cü ildə gücü 9 bala çatan zəlzələ baş verib. Sonrakı dövrlərdə də bölgədə orta gücdə zəlzələlər qeydə alınıb. Onun sözlərinə görə, afterşoklar 55 baldan yuxarı ola bilər və bu səbəbdən zədələnmiş binalara daxil olmaq təhlükəlidir.

Qeyd edək ki, hazırda Elazığ bölgəsində 12 dərəcə şaxta var, zəlzələdən sonra minlərlə insan küçələrdə qalıb və onlar idman zallarında, məktəblərdə yerləşdirilib. Daxili işlər naziri Süleyman Soylu zərərçəkənlər üçün çadırların qurulacağını bildirib. Elazığ qəsəbəsində onlarla binanın dağıldığı bildirilir.

Elazığda yaşayış binalarının çoxu köhnə olduğundan onlar zəlzələyə davam gətirməyib. Zəlzələyə qədər qəzalı vəziyyətdə olan binalar isə ümumiyyətlə dağılıb. Son xəbərlərə görə ölənlərin sayı 20-ni keçib, bu rəqəmin gün ərzində artacağı gözlənilir.

Xəbərlər