344
Üzbəüz 25 yanvar — 00:59

Azərbaycanın Baş Naziri Mixail Qusman ilə görüşdü

Yanvarın 24-də Azərbaycanın Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Mixail Qusmanı yubileyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi vurğulanıb, humanitar əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının uğurla keçdiyi və xalqlar arasında münasibətlərə müsbət təsir göstərdiyi vurğulanıb.

Xəbərlər