448
Üzbəüz 24 yanvar — 22:10

Filippin Prezidenti ABŞ-a xəbərdarlıq etdi

Filippin Prezidenti Rodriqo Duterte ABŞ-a qoşun və texnikanın yerləşdirilməsinə dair razılaşmanı ləğv edəcəyi ilə bağlı xəbərdarlıq ünvanlayıb.

AzərTAc xəbər verir ki, buna səbəb Vaşinqtonun əvvəllər polis rəisi olan Ronaldo de la Rosaya viza verməkdən boyun qaçırmasıdır.

Məlum olub ki, ABŞ-ın Filippindəki səfirliyi keçmiş polis rəisinə viza vermir. Rəsmi səbəb açıqlanmasa da, onun polis rəisi vəzifəsinin icrası zamanı məhkəmədənkənar qətl hadisələri ilə əlaqəli olması ehtimal edilir.

Xəbərlər