231
Üzbəüz 22 yanvar — 15:41

Aİ rəsmisi: “Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik”

Seçkilər hər bir ölkədə keçirilən normal prosesdir. Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik.

Virtualaz.org bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Aİ Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan, eləcə də Avropa Şurasından müşahidəçiləri dəvət etməsini alqışlayır.

"Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək. Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".

Xəbərlər