345
Üzbəüz 22 yanvar — 00:16

Hələb raket atəşinə tutuldu

Suriyanın Hələb şəhərinin Yeni Hələb və Əl-Zəhra yaşayış məntəqələri terrorçular tərəfindən raket atəşinə tutulub.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə iki qadın və bir uşaq ölüb, üç nəfər isə yaralanıb.

Bildirilib ki, “Ən-Nusra Cəbhəsi” terror təşkilatının üzvləri mülki əhalinin Hələb və İdlib yaxınlığında humanitar dəhlizlər vasitəsilə təhlükəli bölgədən çıxmasına yol vermir.

Xəbərlər