518
Üzbəüz 19 yanvar — 17:23

Ərdoğanla Putin Berlində görüşdülər

Berlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Virtualaz.org bildirir ki, görüşdə hər iki ölkənin nümayəndə heyətləri də iştirak ediblər.

Rusiya tərəfdən görüşə Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov, Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, eləcə də Müdafiə nazirinin müavini Aleksandr Fomin qatılıblar.

Qeyd edək ki, bu gün Berlində Liviya ilə bağlı konfrans keçiriləcək.

*   *   *16:31

Rusiya Prezidenti Vladimir Putin bu gün Berlində keçiriləcək Liviya konfransından öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə TASS məlumat yayıb.

“Belə bir görüş planlaşdırılır”,-deyə Rusiya dövlət başçısının mətbuat xidmətindən agentliyə bildirilib.

Xatırladaq ki, bu gün Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir.

Tədbirə münaqişədə olan iki tərəfdən başqa ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər.(“Report”)

Xəbərlər