416
Üzbəüz 19 yanvar — 01:18

Ərdoğanla Merkel Liviyanı müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleriAngela Merkel arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti ilə Almaniya kansleri Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.

“Bizim prezident Angela Merkellə telefonla danışıb. Danışıqların gedişatında tərəflər regional məsələləri, xüsusən Liviyada yaranan vəziyyəti müzakirə ediblər”, - deyə xəbərdə bildirilir.

Xəbərlər