297
Üzbəüz 15 yanvar — 01:52

Liviya Milli Ordusunun komandanı Berlin konfransında iştirak edəcək

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar ölkədə vəziyyətin nizama salınması üzrə keçiriləcək Berlin konfransında iştirak edəcək.

Bu barədə şəxsi mənbələrə istinadən “Al-Hadat” telekanalı bildirib.

"Haftar dəvəti qəbul etməyə qərar verdi və beynəlxalq konfransda iştirak üçün Berlinə yola düşəcək", - deyə xəbərdə qeyd edilir.

Liviya Milli Ordusunun komandanlığı və ya feldmarşal özü hələ bununla bağlı rəsmi bəyanat yaymayıb.

Almaniya Federativ Respublikası hökumətinin mətbuat xidmətindən bildirilib ki, Liviya üzrə dövlət və hökumət başçıları səviyyəsində beynəlxalq konfrans yanvarın 19-da Berlində keçiriləcək. Konfransda Rusiya, ABŞ, Çin, Böyük Britaniya, İtaliya, Fransa, Türkiyə, Misir, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Konqo Respublikası, həmçinin BMT, Avropa Birliyi, Afrika İttifaqı və Ərəb Dövlətləri Liqasının nümayəndələri iştirak edəcəklər.

Bundan başqa, beynəlxalq konfransa Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarraj və ötən ilin aprelindən Tripoliyə hücum edən Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar da dəvət ediliblər.(“Report”)

Xəbərlər