394
Üzbəüz 14 yanvar — 12:28

İranda jurnalistlər kütləvi şəkildə istefa verirlər

İranın dövlət informasiya xidmətlərində çalışan jurnalistlər yalan informasiya yaydıqlarına görə üzr istəyərək, KİV-dən uzaqlaşdıqlarını açıqlayıblar.

Məlumatı “Foks Nyus” yayıb. Televiziya jurnalistlərin istefasının ölkədə baş verən etirazlar fonunda baş verdiyini bildirib.

Jurnalistlərdən biri öz İnstaqram səhifəsində istefadan öncə paylaşım edib: “Mənə insanlarımızın öldürülməsinə inanmaq çox çətin idi. Məni 13 il danışdığım yalanlara görə bağışlayın”.

Lakin sonradan bu jurnalist statusunu silib.

Oxşar bəyanatla bir sıra teleaparıcıların da çıxış etdiyi və istefaya getdikləri qeyd edilib. 21 ildən çox televiziyada çalışan bir jurnalist xanımın sözlərinə görə, o, işindən ayrılmaq qərarına gəlib və bir daha media sahəsinə qayıtmayacaq: “Heç vaxt televiziyaya qayıtmayacağam. Daha mediada işimi davam etdirə bilmərəm. Məni bağışlayın”.

Virtualaz.org xatırladır ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvarda bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib

Xəbərlər