367
Üzbəüz 14 dekabr — 16:31

“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini aldı

Dekabrın 13-də SOCAR-ın Baş ofisində Türkiyənin “Tekfen” şirkəti “SOCAR Polymer” şirkətinin səhmlərinin bir hissəsini almasına dair sənəd imzalayıb.

Virtualaz.org socar.az-a istinadən bildirir ki, satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə “Paşa Holdinq”ə aid olub.

Sənədi “SOCAR Overseas” şirkətinin direktoru Firudin Həsənov və “Tekfen Holding” İdarə Heyətinin sədri Murat Gigin imzalayıblar. Sövdələşmənin məbləği açıqlanmır.

Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilib. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir.

Xəbərlər