230
Üzbəüz 13 dekabr — 20:16

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ Senatının 1915-ci il hadisələrini “soyqırım” kimi tanıması ilə bağlı Vaşinqtonun Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə xarici işlər nazirinini müavini Sədat Önal səfir Devid Satterfildə Türkiyənin Senatın məlum qətnaməsinə etirazını çatdırıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə XİN ABŞ Senatının bu qərarının Ankara-Vaşinqton münasibətlərinin inkişafı üzrə səyləri sarsıtmaq məqsədi daşıdığını bildirib.

Xəbərlər