665
Üzbəüz 12 dekabr — 16:47

Putin Lujkovla vidalaşdı

Dekabrın 10-da dünyasını dəyişən Moskvanın sabiq meri Yuri Lujkovla vida mərasimi keçirilib.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, Xilaskar Xristos məbədində keçirilən mərasimi Moskva və Bütün Rusiyanın patriarxı Kirill idarə edib.

18 il Moskvaya rəhbərlik etmiş Lujkovla vidalaşmağa Rusiya Prezidenti Vladimir Putin, Müdafiə naziri Sergey Şoyqu, Mosvanın hazırkı meri Sergey Sobyanin, Dövlət Dumasının spiekri Vyaçeslav Volodin daxil olmaqla bir çox rəsmi şəxs gedib. O, Novodeviçi qəbiristanlığında, sovet yazıçısı və şairi Sergey Mixalkovun məzarının yanında dəfn olunub.

Yuri Lujkov 83 yaşında Münhendəki xəstəxanada ürəyində aparılan əməliyyat nəticəsində dünyasını dəyişib. O, 1992-2010-cu illərdə Moskva şəhərinin meri olub.

Xəbərlər