136
Üzbəüz 12 dekabr — 14:52

Həştərxan vilayətinin qubernatoru Bakıya gələcək

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycana işgüzar səfərə gələcək.

Virtualaz.org bildirir ki, İqor Babuşkin hakimiyyət nümayəndələri ilə bir sıra danışıqlar aparacaq və Bakıda Həştərxan ticarət mərkəzinin tikinti prosesi ilə tanış olacaq. Eyni zamanda “Qardaşlıq məzarlığı” və Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyacaq.

İ. Babuşkin həm Azərbaycan Prezidenti, həm də Respublika Hökümətinin nümayəndələri ilə görüşməyi planlaşdırır. İşgüzar səfərin əsas mövzularından biri: iqtisadi-ticarət əməkdaşlığın və nəqliyyat əlaqələrinin inkişafı, turizm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, habelə Heydər Əliyev Fondu vasitəsilə gələcək əməkdaşlıqdır.

Xəbərlər