197
Üzbəüz 11 dekabr — 14:37

Azərbaycanın basketbol yığması Ermənistanla eyni qrupa düşdü

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan və Ermənistan milli komandaları 2020-ci ildə keçiriləcək kiçik dövlətlərin Avropa çempionatında eyni qrupda çıxış edəcəklər.

Beynəlxalq Basketbol Federasiyası xəbər verir ki, bu, Almaniyada keçirilən püşkatmadan sonra bəlli olub.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaq.

“Report” xatırladır ki, kiçik dövlətlərin Avropa çempinonatı 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.

Xəbərlər