584
Üzbəüz 9 dekabr — 16:55

Erməni televiziyası İğdırı “Qərbi Ermənistan şəhəri” adlandırdı

Ermənistanda türkcə yayımlanan “Western Armenian” telekanalı Türkiyənin İğdır vilayətini Qərbi Ermənistan şəhəri kimi təqdim edib.  Üstəlik həmin telekanalın yayımının İğdırı da əhatə etdiyi üzə çıxıb. İğdırda yaşayan əhalinin böyük hiddətinə səbəb olan bu hadisəyə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyi tərəfindən sərt reaksiya gəlib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri sədrinin müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib ki, bu türk düşməni olan ermənilərin xəyallarının məhsuludur.

“Qərbi Ermənistanın İğdır şəhəri ifadəsi aydın deyil. İğdır əsl türk şəhəridir, buranın Qərbi Ermənistan şəhəri olması mümkün deyil. Türk düşməni olan ermənilər xəyallarını hər fürsətdə ortaya qoyurlar. Bu da onu göstərirlər ki, ermənilərin gözləri illər boyu Türkiyə ərazisindədir. Hətta yaşadıqları İrəvan da türk yurdudur, Qərbi Azərbaycanın bir hissəsidir. İndi də Türkiyədən torpaq, təzminat almaq istəyirlər. Bu çərçivədə də təbliğata başlayıblar, türkcə tv yaradıblar”,-o bildirib.

Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey isə qeyd edib ki, bununla Ermənistanın yenidən Türkiyə torpaqlarına olan iddialarını gündəmə gətirilib. O, həmçinin bildirib ki, Fransanın dəstəyi ilə Qərbi Ermənistan hökumətin qurulub. Bu hərəkat Avropada yaşayan və 1915-ci ildə Osmanlı İmperiyası dövründə köçürülmüş  erməni ailələrinin nəsilləri tərəfindən yaradılıb. Hazırda hərəkata Fransa və Ermənistan tərəfindən dəstək verilir. Hətta internet üzərindən 40 dollar ödəniş etməklə, vətəndaşlıq da verilir. 

“İğdır və 20-yə yaxın Şərqi Anadolu və cənub-şərq şəhərlərimizi qondarma Qərbi Ermənistan şəhərləri olaraq təqdim edən bir telekanalın yayımına icazə verən Ermənistan dövləti Türkiyə torpaqlarına iddia edir. Qonşu ölkənin torpaqlarına göz dikmək isə açıq müharibə elan etməkdir. Günlərdir yayımlanan bu telekanalının fəaliyyəti dayandırılmalıdır”, - ASİMDER sədri deyib.  

Gülbey həmçinin bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi bu qalmaqalla bağlı Ermənistana nota göndərməlidir.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər