292
Üzbəüz 4 dekabr — 00:04

Gürcüstanda müxalifət liderlərinə yumurta və butulka atıldı

Gürcüstanda hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının tərəfdarları müxalifət liderlərinə yumurta atıblar.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, hadisə Mtsxeta şəhərində icra hakimiyyəti binası qarşısında baş verib.

Bildirilir ki, hücuma məruz qalanlar “Vahid Milli Hərəkat” və “Avropa Gürcüstanı – Azadlığa doğru hərəkət” partiyalarının rəhbərləri olublar. Müxaliflərə atılan əşyalar arasında butulkalar da var.

Xəbərlər