151
Üzbəüz 3 dekabr — 21:31

Ermənistanda aksiya keçirildi

Ermənistanda təhsil və elm naziri Araik Arutyunyanın istefası tələbi ilə aksiya keçirilir.

“RİA Novosti” xəbər verir ki, nümayişçilər silahdaşlarının aparıldığı polis idarəsinin binasına doğru hərəkət edirlər.

"Biz həbs olunanların taleyini aydınlaşdırmaq üçün mərkəzi polis bölməsinə doğru hərəkət edirik. Onlar sərbəst buraxıldıqdan sonra növbəti addımlarımız barədə bildirəcəyik", - aksiya təşkilatçılarından biri Kristina Vardanyan deyib.

Onun sözlərinə görə, polis bölməsinə, təxminən, 10 etirazçı gətirilib, lakin bu rəqəm son deyil: "Etirazçıların tələbi dəyişməz olaraq qalır - Arutyunyanın istefası".

Xəbərlər