357
Üzbəüz 3 dekabr — 20:25

Rusiya və Ukrayna neft sazişi bağladı

Moskva və Kiyev neft tranziti haqqında 10 illik saziş imzalayıb.

Bu barədə “Ukrtransnaft”ın Facebook səhifəsində yazılıb.

Bildirilir ki, müqavilə “Transneft” şirkəti ilə bağlanıb. Tərəflər neftin Ukrayna ərazisindən keçməklə tranziti qaydaları haqda əlavə saziş də bağlayıblar.

Sazişin müddəti 2020-ci ilin 1 yanvarından 2030-cu ilin 1 yanvarınadək olan dövrü əhatə edir.

Xəbərlər