598
Üzbəüz 3 dekabr — 09:32

İrəvanda Njdeyə görə ruslardan qisas aldılar

İrəvanda ötən gün axşam saatlarında rus diplomatı, şair və dramaturqu Aleksandr Qriboyedovun abidəsi təhqir olunub.

Virtualaz.org xəbər verir ki, bu haqda “Vereleg” adlı erməni saytı yazır. Abidəni təhqir edən və onun üzərinə qırmızı boya tökən isə yerli millətçi-fəal Şaqen Arutyunyandır. Arutyunyan özü bu haqda Facebook-da bildirib.

“Rusiya imperiyasının səfiri, şair Qriboyedovun abidəsinə Njdenin xatirə lövhəsinin təhqir olunmasına cavab olaraq qırmızı boya tökdüm”,-erməni millətçisi yazıb.

Şaqen Arutyunyan “Vahid milli təşəbbüslər” partiyasının lideri Şant Arutyunyanın oğludur.

“Mən bunu bilərəkdən dekabrın 2-də-Ermənistanın bolşevikləşdirilməsi və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri günüdə elədim”,-Ş.Arutyunyan bildirib.

Xatırladaq ki, noyabrın 13-də Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində yerli deputat Aleksey Vinoqradov faşist  Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsini qara boyayıb. Daha sonra yerli sakinlər lövhənin sökülməsi məsələsini qaldırıblar. Noyabrın 30-da lövhənin söküldüyü məlum olub.

Ermənilər isə faşist cinayətkarı və başkəsəni Qaregin Njdenin qisasını böyük rus şairindən və diplomatından alıblar. Hansı ki,  ermənilər indiki coğrafiyada, xüsusən də Dağlıq Qarabağda yaşadıqlarına görə məhz Qriboyedova və onun təmsil etdiyi Rusiya imperiyasına minnətdar olmalıydılar. Qriboyedovun abidəsi də bu minnətdarlığın ifadəsi kimi Yerevanda ucaldılmışdı. İndi isə ermənilər abidəni və Qriboyedovun ruhunu təhqir edir. Bu, erməni nankorluğunun bariz nümunəsidir və Rusiyanı düşündürməlidir.

Virtualaz.org

Xəbərlər