134
Üzbəüz 19 noyabr — 13:00

Netanyahu Trampla telefonla danışdı

İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Virtualaz.org “RİA Novosti”yə istinadən bildirir ki, telefon əlaqəsi ABŞ dövlət katibi Mark Pompeonun İordan çayının Qərb sahillində İsrail yaşayış məntəqələri barədə açıqlamasından sonra baş tutub.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Barak Obama administrasiyasının verdiyi açıqlamadan imtina edir.

Xatırladaq ki, İsrail yaşayış məntəqələri İordan çayının Qərb sahilində 1967-ci ildə baş vermiş altı günlük müharibədən sonra salınmağa başlayıb.

Xəbərlər