292
Üzbəüz 18 noyabr — 19:50

Növbə Sarkisyana çatdı

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı araşdırma komissiyasına çağırılacaq.

Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının üzvü, qurumun Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının başçısı Andranik Köçəryan bildirib.

“İlk növbədə, biz sualları hazırlamalıyıq. Bundan sonra Serj Sərkisyanı dəvət edəcəyik. O, komissiyaya işin sonunda dəvət ediləcək”, - Koçaryan vurğulayıb.

Eyni zamanda komissiya rəhbəri komissiyanın rəylərinin üç il əvvəl baş verən hadisələrin tam mənzərəsini təmin edəcəyini və bütün nəticələrin yalnız sübutlar əsasında veriləcəyini qeyd edib.

Komissiyanın cinayət işlərini başlatması üçün materialları hüquq-mühafizə orqanlarına təhvil verməsinin mümkün olub-olmadığı sualına isə, Köçəryan "son mərhələyə keçdiyimiz zaman" cavab verə biləcəyini əlavə edib.

Xəbərlər