313
Üzbəüz 15 noyabr — 11:33

Putin Zelenski ilə görüşmək istəmir

Rusiya prezidenti Vladimir Putinin "Normand dördlüyü" sammitindən əvvəl Ukrayna lideri Vladimir Zelenski ilə görüşmək niyyəti yoxdur.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə Putin Braziliyada “BRICS” sammitinin başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar nəticəsiz qala bilər. Nə Zelenski, nə də özü bunda maraqlı deyil.

"Biz hansısa nəticələr çıxarmalıyıq. Zelenski ilə telefonla danışırıq, amma bəzi həll yollarını tapmalıyıq", - deyə Rusiya prezidenti əlavə edib.

Putin deyib ki, "Normand formatı" çərçivəsində görüş mümkündür. Hazırda başqa bir mexanizm yoxdur, buna görə də Rusiya bu variantın qorunub saxlanılmasının tərəfdarıdır.

Qeyd edilir ki, daha əvvəl Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Putin-Zelenski görüşünün təşkili ilə bağlı təklif irəli sürmüşdü.

Xəbərlər