357
Üzbəüz 13 noyabr — 23:47

Tramp və Ərdoğan Vaşinqtonda görüşdü

Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

Virtualaz.org bildirir ki, iki ölkə liderinin görüşü Ağ evdə mətbuata qapalı keçirilir.

Görüşdən əvvəl Türkiyə prezidenti və xanımı Əminə Ərdoğanı Donald Trampla həyat yoldaşı Melania Tramp qarşılayıb. Türkiyə-ABŞ ikitərəfli əlaqələri, eləcə də Suriya məsələsi daxil olmaqla bir sıra mövzuları əhatə edən görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd olunur ki, prezidentlər arasında ikitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Hələlik görüşün təfərrüatları açıqlanmayıb.

Xəbərlər