359
Üzbəüz 13 noyabr — 01:42

İsrail Qəzzaya zərbələr endirdi: 10 ölü, 45 yaralı

İsrail ordusunun Qəzza sekoruna endirdiyi hava zərbələri nəticəsində 10 nəfər həlak olub.

Bu barədə RİA Novosti agentliyinə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Vafaa Yaqi məlumat verib.

Daha əvvəl hava zərbələri nəticəsində 7 nəfərin öldüyü bildirilirdi.

Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, hava zərbələri nəticəsində daha 45 nəfər yaralanıb.

Bundan əvvəl isə İsrail öz ərazisinin Qəzzadan atəşə tutulduğunu xəbər verib. Bildirilib ki, Fələstin anklavından bu ölkəyə 190 raket atılıb.

**00:52

Qəzza sektorundan İsrail ərazisinə 190-dək raket atılıb.

“Qafqazinfo” xəbər verir ki, raketlər bu gün səhər saatlarında atılıb.

Onların əksəriyyəti açıq ərazilərə düşsə də, bəziləri xüsusi aparatlar vasitəsilə zərərsizləşdirilib.

Xəbərlər