133
Üzbəüz 12 noyabr — 01:12

Putinlə Merkel telefonla danışdı

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Məlumata görə, Rusiyanın dövlət başçısı Almaniyanın hökumət rəhbəri ilə telefon söhbətində Ukrayna məsələsinə toxunublar. Tərəflər Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi də aparıblar.

TASS agentliyi isə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin və Merkel Ukrayna ərazisi vasitəsilə Rusiya qazının tranziti şərtləri haqqında üçtərəfli danışıqlar mövzusunu müzakirə ediblər.

Xəbərlər