219
Üzbəüz 8 noyabr — 22:38

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Virtualaz.org bildirir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

"İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.

Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Xəbərlər