331
Üzbəüz 19 oktyabr — 19:41

Amerikalı milyarder Zelenski ilə görüşmək istəyib, amma...

Amerikalı milyarder Sem Kislin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü baş tutmayıb.

Amerikalı milyarder bunu strana.ua saytına açıqlamasında deyib.

O bildirib ki, BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu Yorka səfər edən Ukrayna Prezidenti ilə görüşmək istəsə də, bu, baş tutmayıb: "Zelenski çox məşğul idi və hər dəqiqəsi planlaşdırılmışdı. Mən onunla görüşə bilmədim".

Yeri gəlmişkən, mətbuatda V.Zelenskinin Nyu Yorka səfəri zamanı amerikalı biznesmen Sem Kislinlə görüşməsi barədə məlumat yayılmışdı. Lakin Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan məlumatı təkzib etmişdi.

Xəbərlər