620
Üzbəüz 13 oktyabr — 15:46

Ərdoğan Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci zirvə toplantısında iştirak etmək üçün sabah Bakıya səfər edəcək.

Virtualaz.org bildirir ki, bu barədə TRT Haber məlumat yayıb.

Türk Şurasının yaradılması barədə 3 oktyabr 2009-cu il tarixli Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi günlərində keçiriləcək sammit, həm də Özbəkistanın tamhüquqlu üzvlüyə daxil olması ilə əlamətdar olacaq.

Sammit çərçivəsində son mərhələ olaraq Macarıstanın paytaxtı Budapeştdə Türk Şurasının Avropa nümayəndəliyinin açılmasına dair sənədlər təhvil veriləcək. Bundan əlavə, sammitdə Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevə, yaradılmasına böyük töhfə verdiyi Türk Şurasının fəxri prezidenti adı veriləcək.

Prezident Ərdoğanın sammit çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, Türkiyəyə oktyabrın 15-də qayıdacaq.

Virtualaz.org

Xəbərlər