1809
Üzbəüz 9 oktyabr — 21:07

Türkiyə Ordusu Suriyanın şimalında hücuma keçdi və PKK/YPG-nin hədəflərini məhv etdi

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” hərəkatını davam etdirir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri sərhəddən 30 kilometr içəriyə doğru irəliləyərək PKK/YPG-nın hədəflərini məhv edib.

Əməliyyatlara havadan F16 bombardmançı təyyarələr də cəlb olunub.

*   *   *17:33

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG və İŞİD qruplaşmalarına qarşı yeni transsərhəd əməliyyatlarına başlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan özünün Tvitter hesabından elan edib. Hərbi əməliyyatların başlanmasından əvvəl Ərdoğan rusiyalı həmkarı Putinlə telefon danışığı aparıb.

Ərdoğan hərbi əməliyyatların “Barış Pınarı” kod adlı ilə keçirildiyini bildirir. “Ölkəmizə yönəlmiş terror təhdidini aradan qaldıracağıq. Yaradacağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların ölkələrinə dönmələrinə imkan yaranacaq, bütün bölgə xalqını terrorun cəngindən xilas edəcəyik”,-Ərdoğan bildirib.

Ərdoğanın hərbi əməliyyatların başlanmasını elan etməsindən az sonra Türkiyə aviasiyası Suriyanın şimalındakı Resulayn bölgəsində YPG mövqelərinə zərbələr endirib. Hərbi əməliyyatların başlanmasından əvvəl Türkiyə xüsusi təyinatlılarının vurulcaq hədəflərin koordinatlarını təsbit etmək üçün Suriyaya keçdiyi bildirilir.

Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlamaq planı haqda aylardır xəbərdarlıq edirdi. ABŞ bu hərbi əməliyyatlara qarşıdır və İŞİD-ə qarşı müttəfiqlik etdiyi kürdləri dəstəkləməyə çalışır, amma Türkiyənin müdaxiləsi ərəfəsində öz qüvvələrini Suriyanın şimalından çıxarıb.

Virtualaz.org

Xəbərlər