356
Üzbəüz 9 oktyabr — 16:56

Ərdoğanla Putin telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Virtualaz.org bildirir ki, liderlərin telefon söhbətinin gündəmini Türkiyə ordusunun Suriyada planlaşdırdığı hərbi əməliyyat təşkil edib.

Ərdoğan söhbət zamanı sözügedən əməliyyatın Suriyada sülh və əmin-amanlığın bərpasına yardım edəcəyini bildirib.

O, daha sonra Suriya xalqının haqq və mənfəətlərinin Türkiyə üçün vacib olduğunu vurğulayaraq, Rusiyanın proseslə bağlı nümayiş etdirdiyi mövqeni təqdirəlayiq adlandırıb.

Xəbərlər