217
Üzbəüz 9 oktyabr — 11:00

Türkiyənin zirehli texnikaları Suriya ilə sərhəddə göründü

Türkiyə Suriya ilə sərhədə zirehli texnika yeridib.

Yerli agentliklər və telekanallar Türkiyə qoşunlarının hərəkətini əks etdirən videogörüntüləri yayıblar.

Videogörüntülərdən birində M60 tankları və M113 zirehli transportyorları, digərində isə hərbi kolonun Suriya ilə bir neçə yüz metr sərhəddəki Şanlıurfa əyalətinin Akçakala şəhərindən çıxışı əks olunub.

Kadrlarda müxtəlif tipli zirehli avtomobillər, hərbi yük maşınları, həmçinin artilleriya qurğuları görünür. "Anadolu"nun məlumatına görə, kolon təxminən 130 avtomobildən ibarətdir.

“Report”dan xatırlatma: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəllərində bildirmişdi ki, yaxın günlərdə Suriyanın şimalında, Fərat çayı sahilində əməliyyat başlayacaq. O, əlavə etmişdi ki, əməliyyatda məqsəd Türkiyənin Suriya ilə sərhədlərini PKK terrorçularından təmizləmək, təhlükəsizlik zonası yaratmaqdır.

“ABŞ Prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də, bunun icrasına dünən (oktyabrın 6-da-red.) başlanılıb”, - deyə o oktyabrın 7-də bildirmişdi.

Xəbərlər