172
Üzbəüz 23 sentyabr — 11:06

Bu gün Məmmədyarov Nyu-Yorkda Mnatsakanyanla görüşəcək

Bu gün ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Virtualaz.org bildirir ki, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Xəbərlər