844
Üzbəüz 22 sentyabr — 23:51

Ərdoğan ABŞ-da kritik görüş gerçəkləşdirib

ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan senator Lindsi Qrahamı qəbul edib.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, görüş Peninsula otelində gerçəkləşib. Lakin mediaya qapalı olub. Qəbulda Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Qraham daha sonra jurnalsitlərə açıqlamasında Ərdoğanla görüşü dəyərləndirərək, görüşün yaxşı keçdiyini deyib: “Görüşümüz çox yaxşı keçdi. Türkiyənin Suriyanın birliyi üçün İŞİD-ə qarşı mübarizəsi vazkeçilməzdir. Ən önəmlisi isə, Türkiyə İdlibdə yaşayan 4 milyon insanın qətliamının qarşısını alır. Türkiyə ilə daha strateji əlaqə qurulmasında ümidliyəm. Onun F-35 proqramına qayıtması və bəlkə azad ticarət müqaviləsi bağlanması çox əhəmiyyətlidir. Türkiyə təkcə Suriya üçün yox, bütün bölgə üçün mühüm müttəfiqdir”.

Xəbərlər