391
Üzbəüz 22 sentyabr — 22:40

Nyu-Yorkda Elmar Məmmədyarovla Minsk Qrupu həmsədrləri arasında görüş başladı

ABŞ-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb.

Bu barədə virtualaz.org-a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən xəbər verir.

"Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri bildirib.

Qeyd edək ki, sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Xəbərlər