133
Üzbəüz 18 sentyabr — 01:06

Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı ilə görüşdü

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı Kardinal Leonardo Sandri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, görüşdə Kardinal L.Sandri Azərbaycanda səfərdə olduğunu xatırlayaraq ölkəmiz ilə bağlı xoş təəssüratlarını bölüşüb və Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində mühüm addımlar atdığını qeyd edərək, ölkənin bu xüsusda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Heydər Əliyev Fondunun və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyi ilə dünya mədəni irsinin qorunmasına göstərilən dəstək yüksək qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq, bu xüsusda hazırkı səfəri çərçivəsində Pontifik Şərq İnstitutu ilə XİN-in Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) arasında mədəni və akademik sahələrdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı anlaşma memorandumunun imzalandığını məmnunluqla qeyd edib. Nazir qarşı tərəfi bu ilin 14-15 noyabr tarixlərində ölkəmizdə keçiriləcək “Dünya dini liderlərinin II Bakı Sammiti”nə dəvət edib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbərlər